- Formula-1
- 23:02 09.10.2026
“Red Bull” komandasının pilotu, Formula 1 üzrə dördqat dünya çempionu Maks Verstappen Sinqapur Qran-prisinin sprint təsnifatında baş verən insidentə görə cəzalandırılmayıb. Beləliklə, niderlandlı pilot qazandığı poul mövqeyini qoruyub.
90deqiqe.Az-ın məlumatına görə, Verstappen komanda radiosu vasitəsilə manevri trasdakı vəziyyəti nəzərə alaraq təhlükəsizlik məqsədilə etdiyini bildirib.
Sprint təsnifatından sonra hər iki pilot — Ferstappen və Hamilton stüardların yanına çağırılıb.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ferstappenin hərəkətlərini qaydalara uyğun hesab edərək ona qarşı cəza tətbiq etməyib. Qurum qərarında pilotun trasda təhlükəsizliyin qorunması məqsədilə hərəkət etdiyini nəzərə alıb.
FIA-nın açıqlamasında bildirilib ki, stüardlar 3 nömrəli bolidin pilotunun sarı bayrağa lazımi qaydada reaksiya verdiyinə, qazı buraxaraq sürətini azaltdığına əmin olublar. Ferstappenin ötmə zamanı sürəti eyni sessiyada başqa bir dövrədəki sürətindən təxminən 70 km/saat az olub.
Pilot həmçinin qeyd edib ki, ötmədən yayınmaq özü təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilərdi.
Beləliklə, Verstappen Sinqapur Qran-prisinin sprint yarışına poul mövqeyindən başlamaq hüququnu saxlayıb.
Qeyd edək ki, hadisə sprint təsnifatının birinci seqmentində (“SQ1”) “Kadillak”ın pilotu Serxio Peresin qəzasından sonra baş verib. Əvvəlcə trasda sarı bayraqlar, daha sonra isə Peres avtomobilini döndərərək hərəkətini davam etdirdikdən sonra ikiqat sarı bayraqlar qaldırılıb. Bu zaman Ferstappen “Ferrari”nin pilotu Lyuis Hamiltonu qabaqlayıb.