9 oktyabr 2026. Cümə

“Aston Martin” Sinqapur Qran-prisinin nəticələrinə etiraz edə bilər


  • Formula-1
  • 22:57 09.10.2026
  • Oxunma sayı: 19
“Aston Martin” Sinqapur Qran-prisinin nəticələrinə etiraz edə bilər

“Aston Martin” komandası Formula 1 üzrə Sinqapur Qran-prisinin sprint təsnifatının nəticələrinə etiraz etməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ötmə rejimi ilə bağlı yol verdiyi səhvdir. Bu barədə “Motorsport” nəşrinin İspaniya bölməsi məlumat yayıb.

Hadisə sprint təsnifatının birinci seqmentində, qırmızı bayraqlardan sonra yarış bərpa olunarkən baş verib. Yarış direktorluğunun əməkdaşlarının yol verdiyi insan səhvi səbəbindən ötmə rejimi (“Overtake Mode”) aktivləşdirilməyib.

FIA səhvin bəzi pilotların nəticələrinə təsir etdiyini təsdiqləyib. Təsirin dərəcəsi pilotların dövrəni başa vurma vaxtından və trasdakı mövqelərindən asılı olub. İkinci və üçüncü seqmentlərdə isə problem təkrarlanmayıb.

Qeyri-rəsmi məlumatlara görə, “Aston Martin” etiraz etmək hüququnu özündə saxlayır. Bununla belə, komanda FIA-nın vəziyyəti müstəqil şəkildə həll edəcəyinə və sprint yarışının start düzülüşünü bütün pilotların bərabər şərtlərdə olduğu andakı mövqeləri nəzərə alaraq dəyişəcəyinə ümid edir.

Eyni zamanda, “Aston Martin” belə bir addımın yeni qalmaqala səbəb olmadan həyata keçirilməsinin mümkünlüyünə əmin deyil.







Formula-1