- Formula-1
- 23:02 09.10.2026
“Red Bull” komandasının pilotu, Formula 1 üzrə dördqat dünya çempionu Maks Verstappen Sinqapur Qran-prisinin sprint təsnifatında poul qazandıqdan sonra “Marina Bey” şəhər trasındakı çətin şəraitdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot trasdakı yüksək temperaturun sürücülər üçün ciddi sınaq olduğunu bildirib.
“Bu, fiziki məşqlər etməyə çalışdığın sauna kimidir. Burada həmişə inanılmaz dərəcədə isti olur. Yürüşlər arasındakı fasilələrdə mümkün qədər sərinləməyə çalışırsan, çünki bolidin kokpiti həddindən artıq qızır. Ayaqların, bədənin, başın — hər şey isinməyə başlayır. Avtomobili saxlayıb kokpitdə oturanda isə həddindən artıq qızma baş verir.
Burada rahatlıq gözləmək mümkün deyil. Ancaq düşünürəm ki, məhz bu amil trası unikal edir. Əlbəttə, müəyyən mənada bu çətinliklər bizim də xoşumuza gəlir”, — deyə Verstappen Niderlandın “RacingNews365” nəşrinə açıqlamasında bildirib.