- Formula-1
- 23:59 09.10.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler Sinqapur Qran-prisinin sprint sıralanma turunda üçüncü yeri tutmasını şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, monakolu pilot əsas sıralanma turunda poul uğrunda mübarizə aparmaq üçün bolidin potensialının olduğunu bildirib.
“Xüsusi bir hadisə baş vermədi. Düşünürəm ki, bacardığım qədər yaxşı çıxış etdim. Rəqiblərimizin fərqli strategiyası var idi. Görünür, onlar soyumaq üçün iki dövrə vurublar, biz isə yalnız bir dövrə vurduq. Açığı, bunun bəhanə olduğunu düşünmürəm. Son üç-dörd yarışda tempimizi bir qədər itirmişik. Hazırda rəqiblərlə mübarizə aparmaq üçün sürətimiz çatmır.
Bununla belə, bolidin potensialının olduğunu hiss edirəm. Bəlkə də sabah bəzi düzəlişlər edə bilərik və poul uğrunda mübarizə apararıq. Vəziyyət o qədər də pis deyil, sadəcə, bir qədər sürət çatışmır. Sprint üçün üçüncü yer pis nəticə deyil. Amma bu trasda ötmə etmək çox çətin olduğundan yarışa birinci yerdən başlamaq istərdik. Görək, nə alınacaq. Nəticə etibarilə, bu, sadəcə sprintdir. Sabah əsas sıralanma turunda öz işimizi görməliyik”, – deyə Leklerin sözlərini “Sky Sports” sitat gətirib.