- Formula-1
- 23:59 09.10.2026
“Mercedes” komandasının baş yarış mühəndisi Endryu Şovlin Sinqapur Qran-prisinin sprint sıralanma turunun nəticələrini dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Şovlin bildirib ki, Malayziyada çətin keçən həftəsonundan sonra “Mercedes” Sinqapurda bolidlərdə fərqli texniki versiyaları sınaqdan keçirmək qərarına gəlib. Onun sözlərinə görə, sprint formatında keçirilən həftəsonunda bu cür sınaqlar aparmaq asan deyil.
“Corcun birinci cərgədə yer almasına sevinirik. Bununla belə, yeniləmələrin niyə gözlədiyimiz sürət artımını vermədiyini araşdırmalıyıq. Hər iki bolidin balansı arzuolunan səviyyədə deyildi. Kimi isə əyləcləmə və döngələrə giriş zamanı özünü daha inamsız hiss edirdi. Halbuki sürətli sıralanma dövrəsi üçün məhz bu məqamlar vacibdir”, – deyə Şovlinin sözlərini komandanın mətbuat xidməti yayıb.
Mühəndis qeyd edib ki, komandanın vəziyyəti təhlil etmək və irəliləyişə nail olmaq üçün kifayət qədər məlumatı var. “Mercedes” əsas sıralanma turu öncəsi Antonellinin bolidinin sazlanmasını yaxşılaşdırmağa çalışacaq.
Qeyd edək ki, komandanın pilotlarından Corc Rassell ikinci, Andrea Kimi Antonelli isə yeddinci yeri tutub.