- Formula-1
- 18:59 10.10.2026
“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen Sinqapur Qran-prisində ilk dəfə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot 2015-ci ildən “Formula-1”də çıxış etsə də, indiyədək Sinqapur trasında qələbə qazana bilməmişdi. O, bu gün, oktyabrın 10-da keçirilən sprint yarışında finiş xəttini birinci keçərək bu uğura imza atıb.
Qeyd edək ki, ötən mövsüm Sinqapur Qran-prisinin əsas yarışında Ferstappen ikinci yeri tutub. Həmin yarışın qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub.
Bugünkü sprint yarışında ikinci yeri “Ferrari”nin pilotu Lüis Hemilton, üçüncü yeri isə onun komanda yoldaşı Şarl Lekler tutub.