- Formula-1
- 18:59 10.10.2026
“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen Sinqapur Qran-prisinin sprint yarışında və Bəhreyn Qran-prisinin əsas yarışında zəif start verməsini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot növbəti yarışlarda start zamanı birinci ötürmədən istifadə olunacağına ümid etdiyini bildirib.
“Ümid edirəm, növbəti dəfə birinci ötürmə ilə start verəcəyik. Bəhreyndə də ikinci ötürmə ilə start vermişdik və xatırladığınız kimi, bu, nəticə vermədi. Ümid edirəm, bu dəfə həmin təcrübədən dərs çıxaracağıq.
Birinci ötürmə ilə start vermək istəyirdimmi? Bəli. Amma sonda hansı variantın daha yaxşı olduğunu komanda müəyyənləşdirməlidir. Aydındır ki, bu gün seçilən variant uğurlu olmadı”, – deyə Verstappen sprint yarışından sonra keçirilən mətbuat konfransında bildirib.