- Formula-1
- 19:59 10.10.2026
“Red Bull” komandasının pilotu Maks Verstappen Formula 1 üzrə Sinqapur Qran-prisinin sıralanma turunda ən yaxşı nəticəni göstərib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot “Marina Bey” şəhər trasında 1:31.373 saniyəlik nəticə ilə poul mövqeyini əldə edib. Verstappen üçüncü seqmentdə ilk cəhdində göstərdiyi nəticə ilə əsas rəqibləri “Ferrari” pilotlarını qabaqlayıb.
Şarl Lekler son cəhdində nəticəsini yaxşılaşdıraraq ikinci yeri tutub. Lyuis Hemilton və Andrea Kimi Antonelli müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Hazırkı dünya çempionu Lando Norris ilk beşliyi tamamlayıb.
Corc Rassell isə altıncı nəticəni göstərib. Bununla belə, güc qurğusunun dəyişdirilməsinə görə aldığı cəza səbəbindən britaniyalı pilot yarışa start düzülüşünün sonundan başlayacaq.
Formula 1. Sinqapur Qran-prisi, sıralanma turunun nəticələri:
Maks Verstappen (“Red Bull”) – 1:31.373
Şarl Lekler (“Ferrari”) – +0.054
Lyuis Hemilton (“Ferrari”) – +0.123
Andrea Kimi Antonelli (“Mercedes”) – +0.189
Lando Norris (“McLaren”) – +0.339
Corc Rassell (“Mercedes”) – +0.374
Oskar Piastri (“McLaren”) – +0.487
Pyer Qasli (“Alpine”) – +0.852
Liam Louson (“Racing Bulls”) – +0.996
Arvid Lindblad (“Racing Bulls”) – +1.408
İkinci seqmentdən sonra mübarizəni dayandıran pilotlar:
Niko Hülkenberq (“Audi”) – 1:32.784
Oliver Berman (“Haas”) – 1:32.908
Esteban Okon (“Haas”) – 1:33.323
Karlos Sayns (“Williams”) – 1:33.526
Qabriel Bortoleto (“Audi”) – 1:33.658
Franko Kolapinto (“Alpine”) – 1:33.787
Birinci seqmentdən sonra mübarizəni dayandıran pilotlar:
Fernando Alonso (“Aston Martin”) – 1:34.223
Aleks Albon (“Williams”) – 1:34.289
Lens Stroll (“Aston Martin”) – 1:34.946
Serxio Peres (“Cadillac”) – 1:35.123
Valtteri Bottas (“Cadillac”) – 1:35.984
İsak Hac ar (“Red Bull”) – nəticə göstərməyib