13 oktyabr 2026. Çərşənbə axşamı

“Hazırda məğlub edilməli komanda “Red Bull”dur”


  • Formula-1
  • 23:00 12.10.2026
  • Oxunma sayı: 45
“Hazırda məğlub edilməli komanda “Red Bull”dur”

“Mercedes” komandasının pilotu Corc Rassell son üç mərhələdəki nəticələrdən sonra “Red Bull”un “Formula-1”də yeni etalona çevrildiyini düşünür.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot bildirib ki, yeniliklərin göstəriciləri gözlənilən səviyyədə olsa da, dövrə vaxtları hələlik qənaətbəxş deyil. Buna görə də komanda yeniliklərin səmərəliliyini artırmağın yollarını tapmalıdır.

“Rəqəmlər gözlədiyimiz kimi işləyir, amma dövrə vaxtları hələlik təsir bağışlamır. Buna görə yeniliklərin daha effektiv işləməsini necə təmin edə biləcəyimizi anlamağa çalışmalıyıq. Əlbəttə, vəziyyəti daha yaxşı qiymətləndirmək üçün əlavə beş, 10 və ya 20 saniyəmiz olsaydı, bu, kömək edərdi. Amma buna görə yuxumu itirmək fikrində deyiləm.

Komanda olaraq bizim üçün əsas məsələ əlavə sürəti necə əldə edəcəyimizi anlamaqdır. “Red Bull” son üç həftədə tamamilə fərqli üç trasda çox təsirli çıxış etdi. Hazırda məğlub edilməli komanda məhz budur”, – deyə Rassellin sözlərini “Motorsport” nəşri sitat gətirib.







Formula-1

“Boliddə sürət çatışmır”
  • Formula-1
  • 23:56 09.10.2026
“Boliddə sürət çatışmır”