13 oktyabr 2026. Çərşənbə axşamı

Formula-1 Afrikada Qran-pri keçirmək üçün 10 illik müqavilə imzalayıb


  • Formula-1
  • 22:12 13.10.2026
  • Oxunma sayı: 30
Formula-1 Afrikada Qran-pri keçirmək üçün 10 illik müqavilə imzalayıb

Formula-1 Ruandanın Buqesera bölgəsində Afrika Qran-prisinin keçirilməsi ilə bağlı 10 illik müqaviləni rəsmən elan edib.

90deqiqe.Az-ın məlumatına görə, ilk yarışın 2030-cu ildən sonra, trasın tikintisi başa çatdıqdan sonra keçirilməsi gözlənilir. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ən yüksək kateqoriyasını alacaq tras genişmiqyaslı turizm inkişafı layihəsinin bir hissəsi olacaq.

Formula-1-in rəhbəri Stefano Domenikali razılaşma ilə bağlı fikirlərini bölüşüb.

“Azarkeşlərimiz üçün bu, çox həyəcanverici məqamdır. Afrikada Formula-1-in 100 milyondan çox azarkeşi var və onların sayı sürətlə artmaqda davam edir. Uzun müddətdir idmanımızın qitəyə qayıtmasını gözləyən insanlara Formula-1-in həyəcanını, enerjisini və dramatik anlarını çatdıracağıq. Birlikdə yeni səhifə açacağımız günü səbirsizliklə gözləyirik”, – deyə Domenikali bildirib.

Qeyd edək ki, Afrika qitəsində sonuncu Formula-1 yarışı 1993-cü ildə keçirilib.







Formula-1