- Formula-1
- 21:42 16.10.2026
“Red Bull” komandasının heyətində dördqat “Formula-1” dünya çempionu olan niderlandlı Maks Verstappen son vaxtlar paddokdakı vəziyyətdən narazılığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, pilot qonaqların ona həddindən artıq diqqət göstərməsindən də şikayətlənib.
“Son vaxtlar paddok zooparka bənzəyir. Çox vaxt heç kəslə söhbət etmək belə mümkün olmur. Buna görə də vaxtımın böyük hissəsini kiçik otağım ilə pit-leyn arasında hərəkət etməklə keçirirəm. Hətta bizim VIP zonalarımızda da səndən nəsə istəyən həddindən artıq çox insan var”, – deyə Ferstappenin sözlərini “La Gazzetta dello Sport” nəşri sitat gətirib.
Qeyd edək ki, Maks Ferstappen daha əvvəl gələcəkdə “Ferrari” komandasında çıxış etmək istəyib-istəmədiyi barədə də danışıb.