- Formula-1
- 23:58 16.10.2026
Maks Verstappen, Kris Lulhem və Ben Barnikotun çıxış etdiyi Verstappen Racing komandası "GT World Challenge Europe Endurance Cup" yarışının Portimao mərhələsində sıralanma turunu 15-ci yerdə başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, sıralanma üç hissədən ibarət olub. Verstappen Racing B qrupunda mübarizə aparıb. Bu qrupda hər komandanın Pro və ya Gold kateqoriyasındakı pilotu öz sessiyasında dövrə vurmalı, üç sürücünün orta dövrə vaxtları isə A qrupundakı Bronze və Silver kateqoriyalı komandaların nəticələri ilə birlikdə hesablanmalı idi.
Q1B sessiyasında ilk olaraq Ben Barnikot trasa çıxıb. Britaniyalı pilotun ilk sürətli dövrəsi ona 10-cu yeri tutmaq üçün kifayət edib. Lakin o, vaxtını yaxşılaşdıra bilməyib və sessiyanı 21-ci pillədə tamamlayıb.
Kris Lulhem Q2B sessiyasında 15-ci olub. O, orta dövrə vaxtını yaxşılaşdırsa da, ön sıralara yüksəlmək üçün bu, yetərli olmayıb.
Sonuncu sessiyada isə Maks Ferstappen 3 nömrəli “Mercedes” bolidi ilə daha əlverişli start mövqeyi qazanmağa çalışıb. Niderlandlı pilot komanda yoldaşlarından xeyli sürətli olsa da, bu, yüksək yerlərə yüksəlmək üçün kifayət etməyib. İlk dövrədən sonra 13-cü olan Ferstappen sıralanmanı 15-ci pillədə başa vurub.