19 oktyabr 2026. Bazar ertəsi

“Fettel avtoidmanda ən yaxın dostumdur”


  • Formula-1
  • 00:54 19.10.2026
  • Oxunma sayı: 53
“Fettel avtoidmanda ən yaxın dostumdur”

“Ferrari” komandasının pilotu, “Formula-1” üzrə yeddiqat dünya çempionu Luis Hamilton Sebastyan Fettel haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı britaniyalı sürücü dördqat dünya çempionu olan alman pilotu avtoidmanda ən yaxın dostu adlandırıb.

“O, avtoidmanda indiyədək sahib olduğum ən yaxşı dostdur. Sebastyan məni heç vaxt mühakimə etməyib”, – deyə Hamiltonun sözlərini “Focus” nəşri “Sebastyan Fettel olmaq” sənədli filmindən sitat gətirib.

Qeyd edək ki, Fettel 2010, 2011, 2012 və 2013-cü illərdə dünya çempionu olub. O, “Formula-1”də debütünü 2007-ci ildə ABŞ Qran-prisində Robert Kubitsanı əvəzləyərək edib. 2008-ci ildə “Toro Rosso”nun əsas pilotu olan almaniyalı daha sonra “Red Bull” və “Ferrari” komandalarında çıxış edib. Fettel karyerasını 2022-ci ildə “Aston Martin”də başa vurub.







Formula-1