- Formula-1
- 23:43 20.10.2026
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem 2026-cı il mövsümünün Qətər və Əbu-Dabidə keçiriləcək son mərhələlərinin planlaşdırıldığı kimi baş tutacağını bildirib.
90deqiqe.Az xəbər verir ki, FIA rəhbəri bu barədə “The Race” nəşrinə açıqlamasında danışıb.
“Biz sağlam düşüncəyə əsaslanırıq və əməkdaşlarımızı, pilotları və ya rəsmiləri vəziyyətin təhlükəli olduğunu düşündüyümüz yerə heç vaxt göndərmərik. Heç bir halda. Bunu demək istəyirəm: mənim övladlarım Birləşmiş Ərəb Əmirliklərindədir. Sizcə, orada təhlükə olsaydı, onları orada qoyub indi sizinlə burada oturardım?
Bu məsələyə ağılla yanaşmaq lazımdır. Problemlərin yaranıb-yarana bilməyəcəyini soruşmaq başqa şeydir. Lakin mediada oxuduqlarınız bizim gördüklərimizdən fərqlənir. Xəbərləri oxuyur, televiziyaya baxır və özümüzdən soruşuruq: ‘Bu hadisələr harada baş verir?’ Əslində isə bizdə belə hallar, demək olar ki, yoxdur. Əks halda, niyə orada qalardım? Ailəmi niyə orada saxlayardım?
Bu, heç nəyin baş verməyəcəyini iddia etdiyim anlamına gəlirmi? Gələcəyi proqnozlaşdıra bilmərəm. Ancaq bu gün sizə deyə bilərəm ki, heç bir problem yoxdur və hər iki yarış keçiriləcək.
Mən FIA əməkdaşlarının mənim üçün özümdən və ya ailəmdən daha vacib olduğunu düşünmürəm. Ancaq mən oradayamsa, deməli, özümü təhlükəsiz hiss edirəm”