21 oktyabr 2026. Çərşənbə

Maks Verstappen “Red Bull”un inkişafındakı fərqlərdən danışdı


  • Formula-1
  • 23:41 20.10.2026
  • Oxunma sayı: 49
Maks Verstappen “Red Bull”un inkişafındakı fərqlərdən danışdı

“Red Bull” komandasının pilotu Maks Verstappen ötənilki irəliləyişlə bu mövsüm komandanın əldə etdiyi inkişaf arasındakı fərqləri açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot bu barədə “Racingnews365” nəşrinə danışıb.

“2025-ci ildə komanda əsasən sazlamalar hesabına bolidin potensialını üzə çıxarırdı. Bu mövsüm isə texniki yeniliklər və güc qurğusu üzərində aparılan işlər mühüm rol oynayıb. Üstəlik, reqlamenti nəzərə alsaq, bunlar tamamilə fərqli iki bolid idi.

Bizim iki tamamilə fərqli problemimiz var idi və hər iki halda dövrə üzrə sürəti artırmağın yolunu tapmalı idik. Bu il güc qurğusu da öz rolunu oynadı. Düşünürəm ki, bəzən ondan maksimum nəticə əldə etmək hamı üçün çətin olurdu.

Lakin ilk yarışdan bu günə qədər çox böyük təcrübə topladıq. Əlbəttə, hələ istədiyimiz səviyyədə deyilik, amma düşünürəm ki, hamı eyni fikirdə olacaq. Biz çox şey öyrəndik və bolidin özündə də bir sıra zəif cəhətləri aradan qaldırdıq.

İnkişaf etməyə və ilin sonuna qədər öyrənməyə davam etməliyik ki, əldə etdiyimiz bilikləri növbəti mövsümdə tətbiq edə bilək”







Formula-1