- Formula-1
- 16:20 25.10.2026
MotoGP üzrə dünya çempionatının 19-cu mərhələsi olan Avstraliya Qran-prisinin əsas yarışı güclü yağış və məhdud görünüş səbəbindən ləğv olunub.
90deqiqe.Az xəbər verir ki, Filipp-Aylend trasında keçirilməli olan yarış çempionatın bu trekdə sonuncu yarışı olmalı idi.
MotoGP rəhbərliyinin yaydığı açıqlamada bildirilib ki, məhdud görünüş tibbi helikopterin fəaliyyətinə mane olduğundan yarışın keçirilməsi mümkün olmayıb.
Bununla belə, trasla vidalaşmaq üçün pilotlar təhlükəsizlik avtomobilinin arxasında bir dövrə vuracaq, daha sonra finiş düzündə dayanaraq azarkeşləri salamlayacaqlar. Vidalaşma dövrəsi üçün pit-leynin yerli vaxtla saat 15:45-də açılacağı bildirilib.
Əvvəlcə yarışın startı 1 saat 20 dəqiqə təxirə salınıb, lakin sonradan yarışın tamamilə ləğv edilməsinə qərar verilib. Gün ərzində Moto3 və Moto2 siniflərinin yarışları da bir-birinin ardınca ləğv olunub. Qərar əsas sinifdəki yarışın keçirilməsinə üstünlük vermək məqsədi daşıyıb.
“Ducati” komandasının pilotu Mark Markes Avstraliyadan çempionatın yeni lideri kimi ayrılıb. O, “Aprilia”nın təmsilçisi Xorxe Martindən 10, digər “Aprilia” pilotu Marko Bezzekkidən isə 50 xal öndədir.