- Formula-1
- 16:20 25.10.2026
“Aston Martin” komandasının pilotu, “Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso ABŞ Qran-prisinin sıralanma turundan sonra “Honda”nın güc qurğusunda yaranan problemlərdən danışıb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı pilot bildirib ki, döngələrə giriş zamanı mühərrikin fırlanma anı qeyri-sabit olub. Bu isə avtomobilin sürətlənməsinə və pilotun özünəinamına mənfi təsir göstərib.
“Güc qurğusu ilə bağlı müəyyən problemlərimiz var idi. Çünki döngəyə daxil olarkən fırlanma anı qeyri-sabit olurdu. Bəzi dövrələrdə avtomobil yaxşı sürətlənirdi, digərlərində isə döngənin ortasında sanki əl əyləci çəkilmiş kimi hiss yaranırdı. Bu, pilotun özünəinamını bir qədər azaldır. Bununla belə, ümumilikdə sıralanma turu yaxşı keçdi”, – deyə Alonso “Marca” nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, 45 yaşlı pilot sıralanma turunda 15-ci nəticəni göstərib.ABŞ Qran-prisinin əsas yarışı bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.