- Formula-1
- 17:17 25.10.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1” üzrə ABŞ Qran-prisinin sıralanma turunda dördüncü yeri tutduqdan sonra nəticələrindən danışıb. Monakolu pilot komandasının üçüncü seqmentdə təkərlərlə bağlı problemlər səbəbindən sürət itirdiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Leklerin sözlərini “Sky Sports F1” nəşri yayıb.
“Düşünürəm ki, bu dəfə vəziyyət bir qədər fərqli idi. Rəqiblərimizin ikinci seqmentlə müqayisədə nəyisə dəyişdiyini düşünmürəm. Biz öz səhvimiz ucbatından temp itirdik və əsas səbəb təkərlər idi.
İsinmə dövrəsi son dərəcə çətin keçdi. Üçüncü seqmentdə hava bir qədər buludlu oldu, trekdə temperatur bir-iki dərəcə azaldı və bu, bizim üçün hər şeyi dəyişdi.
Hələ isinmə dövrəsində çoxsaylı problemlərlə üzləşdiyimi hiss etdim. Bunun məhz üçüncü seqmentdə baş verməsi təəssüf doğurur. Çünki öndə mübarizə aparmaq üçün kifayət qədər sürətimiz olduğuna tam əminəm. Təəssüf ki, bu gün də istədiyimiz nəticəni əldə edə bilmədik”, – deyə Lekler bildirib.