- Formula-1
- 17:17 25.10.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1” üzrə ABŞ Qran-prisində qələbə uğrunda mübarizə aparmağı hədəfləyir.
90deqiqe.Az-ın məlumatına görə, Leklerin sözlərini “Sky Sports F1” nəşri yayıb. Monakolu sürücü Ostindəki yarışa dördüncü mövqedən başladığı əvvəlki dəfə qalib gəldiyini xatırladıb.
“Bəli. Deyəsən, burada sonuncu dəfə dördüncü mövqedən start götürəndə yarışı qazanmışdım. Ümid edirəm ki, sabah həmin nəticəni təkrarlaya biləcəyik.
Əsas məsələ yaxşı start götürmək, avtomobili düzgün mövqedə saxlamaq və hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən təxmin etməyə çalışmaqdır. Birinci döngənin girişinin geniş olması müxtəlif ssenarilərə yol açır. Düzgün qərarlar versəniz, burada istənilən digər trasla müqayisədə d