26 oktyabr 2026. Bazar ertəsi

ABŞ Qran-prisinin start düzülüşü açıqlanıb - Antonelli poul mövqeyindən başlayacaq


  • Formula-1
  • 23:21 25.10.2026
  • Oxunma sayı: 32
ABŞ Qran-prisinin start düzülüşü açıqlanıb  -  Antonelli poul mövqeyindən başlayacaq

Formula-1 üzrə ABŞ Qran-prisinin Ostində yerləşən “Amerika trası”nda keçirilən sıralanma turundan sonra bazar günü baş tutacaq yarışın yekun start düzülüşü müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq yarışa “Mercedes” pilotu Andrea Kimi Antonelli ilk mövqedən start verəcək. “Red Bull” komandasının pilotu Maks Verstappen ikinci, onun komanda yoldaşı İsak Hacjar isə üçüncü yerdən yarışa başlayacaq.

“Ferrari” pilotları Şarl Lekler və Luis Hemilton müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. “Mercedes”in digər pilotu Corc Rassel altıncı, “McLaren” təmsilçiləri Oskar Piastri və Lando Norris isə yeddinci və səkkizinci mövqelərdən start alacaqlar.

Güc qurğusunun elementlərini dəyişdiklərinə görə Arvid Lindblad, Franko Kolapinto, Qabriel Bortoleto və Lens Stroll cərimə alıblar. Stroll pit-leynindən start götürəcək.

Formula-1. ABŞ Qran-prisi: yekun start düzülüşü

  1. Andrea Kimi Antonelli (“Mercedes”)

  2. Maks Verstappen (“Red Bull”)

  3. İsak Hacjar (“Red Bull”)

  4. Şarl Lekler (“Ferrari”)

  5. Luis Hemilton (“Ferrari”)

  6. Corc Rassel (“Mercedes”)

  7. Oskar Piastri (“McLaren”)

  8. Lando Norris (“McLaren”)

  9. Liam Louson (“Racing Bulls”)

  10. Pyer Qasli (“Alpine”)

  11. Niko Hülkenberq (“Audi”)

  12. Fernando Alonso (“Aston Martin”)

  13. Oliver Berman (“Haas”)

  14. Arvid Lindblad (“Racing Bulls”)

  15. Esteban Okon (“Haas”)

  16. Karlos Sayns (“Williams”)

  17. Aleks Albon (“Williams”)

  18. Serxio Peres (“Cadillac”)

  19. Valtteri Bottas (“Cadillac”)

  20. Franko Kolapinto (“Alpine”)

  21. Qabriel Bortoleto (“Audi”)

Lens Stroll (“Aston Martin”) — pit-leynindən start götürəcək.







Formula-1