26 oktyabr 2026. Bazar ertəsi

Kimi Antonelli ABŞ Qran-prisinin qalibi oldu


  • Formula-1
  • 01:57 26.10.2026
  • Oxunma sayı: 52
Kimi Antonelli ABŞ Qran-prisinin qalibi oldu

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli ABŞ-nin Ostin şəhərində keçirilən Formula 1 Qran-prisinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, finiş xəttini ikinci keçən “Ferrari” pilotu Şarl Lekler qalibdən 13,078 saniyə geri qalıb. “Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen isə üçüncü yeri tutub.

“Ferrari”nin digər pilotu Lüis Hemilton yarışı dördüncü, “Maklaren” komandasının üzvü Lando Norris isə beşinci pillədə başa vurub.

Corc Rassellin səkkizinci, Hemiltonun isə dördüncü yeri tutması hər iki britaniyalı pilotun çempionluq uğrunda nəzəri şanslarını qoruyub saxlamasına imkan verib. Beləliklə, dünya çempionluğunun taleyi Meksika Qran-prisinə qalıb.

ABŞ Qran-prisi: Yarışın nəticələri

  1. Andrea Kimi Antonelli (“Mercedes”) — 56 dövrə

  2. Şarl Lekler (“Ferrari”) — +13,078 saniyə

  3. Maks Verstappen (“Red Bull”) — +17,485 saniyə

  4. Lüis Hemilton (“Ferrari”) — +18,515 saniyə

  5. Lando Norris (“Maklaren”) — +30,521 saniyə

  6. İsak Hacar (“Red Bull”) — +34,373 saniyə

  7. Oskar Piastri (“Maklaren”) — +52,674 saniyə

  8. Corc Rassell (“Mercedes”) — +54,303 saniyə

  9. Liam Louson (“Racing Bulls”) — +1 dəqiqə 19,183 saniyə

  10. Pyer Qasli (“Alpine”) — +1 dəqiqə 27,516 saniyə

  11. Niko Hülkenberq (“Audi”) — +1 dəqiqə 34,945 saniyə

  12. Arvid Lindblad (“Racing Bulls”) — 1 dövrə geri

  13. Qabriel Bortoleto (“Audi”) — 1 dövrə geri

  14. Esteban Okon (“Haas”) — 1 dövrə geri

  15. Lans Stroll (“Aston Martin”) — 1 dövrə geri

  16. Fernando Alonso (“Aston Martin”) — 1 dövrə geri

  17. Aleks Albon (“Williams”) — 1 dövrə geri

  18. Karlos Sayns (“Williams”) — 1 dövrə geri

  19. Serxio Peres (“Cadillac”) — 1 dövrə geri

Yarışı Valtteri Bottas (“Cadillac”), Franko Kolapinto (“Alpine”) və Oliver Berman (“Haas”) finişə çatdıra bilməyiblər.







Formula-1