- Formula-1
- 23:17 26.10.2026
“Mercedes” komandasının 20 yaşlı italiyalı pilotu Andrea Kimi Antonellinin 2026-cı il “Formula-1” mövsümünün yekunlarına əsasən bonuslarla birlikdə təxminən 10 milyon avro qazanacağı gözlənilir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Mercedes” italiyalı pilotun inkişafına təxminən 20 milyon avro sərmayə qoyub.
Antonelli cari mövsümdə çempionluq uğrunda mübarizə aparır. ABŞ Qran-prisində qazandığı qələbədən sonra o, vaxtından əvvəl dünya çempionu olmaq şansını artırıb.
İtaliyalı pilotun Meksikada keçiriləcək növbəti mərhələdə çempionluğunu rəsmiləşdirməsi üçün finişə ən azı doqquzuncu yerdə çatması kifayətdir.
Bu halda Antonelli “Formula-1” tarixinin ən gənc dünya çempionu olacaq və Sebastyan Fettelə məxsus rekordu yeniləyəcək.