28 oktyabr 2026. Çərşənbə

Verstappen Meksika Qran-prisi öncəsi gözləntilərini açıqladı


  • Formula-1
  • 22:03 28.10.2026
  • Oxunma sayı: 46
Verstappen Meksika Qran-prisi öncəsi gözləntilərini açıqladı

“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen Meksika Qran-prisi öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot komandanın Ostindəki çıxışını dəyərləndirib və Meksikada daha rəqabətqabiliyyətli olmağa ümid etdiyini bildirib.

“Ostindəki yarış gözlədiyimizdən daha çətin keçdi. Bununla belə, vəziyyətə pozitiv yanaşmalıyıq, çünki podiuma yüksələ bildik. Meksikada ardıcıl üç yarışdan ibarət seriyanın ikinci mərhələsində bizi Ostindən tamamilə fərqli şərait gözləyir. Buna görə də orada necə çıxış edəcəyimizi proqnozlaşdırmaq çətindir.

İlk növbədə bolidimizin problemlərini həll etməliyik və komanda bunun üzərində səylə çalışır. Ümid edirəm ki, Meksikada bir qədər daha rəqabətqabiliyyətli ola biləcəyik.

Hündürlük və həddindən artıq qızma səbəbindən burada yarışlar kifayət qədər çətin keçir. Buna görə də soyutma sisteminin düzgün işlədiyinə və bolidin optimal vəziyyətdə olduğuna əmin olmalıyıq.

Yerli azarkeşlər hər zaman çox ehtiraslıdırlar və bunu görmək xoşdur. Buna görə də bizi maraqlı yarış gözləyir”, – deyə Verstappen komandanın mətbuat xidmətinə açıqlamasında bildirib.







Formula-1