- Formula-1
- 22:16 28.10.2026
“Formula-1” üzrə çıxış edən meksikalı pilot Serxio Peres “Kadillak” komandası ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə ABŞ komandasının mətbuat xidməti məlumat yayıb.
Komandanın baş direktoru Den Tauriss müqavilənin uzadılması ilə bağlı açıqlamasında Peresin kollektiv üçün əhəmiyyətini vurğulayıb.
“Mexikoda keçiriləcək xüsusi yarış həftəsonu ərəfəsində Çekonun uzun illər komandamızın ayrılmaz hissəsi olaraq qalacağını elan etməkdən məmnunuq.
“Formula-1”də rəqabətədavamlı komanda qurmaq uzunmüddətli prosesdir. Çekonun istedadını və liderlik keyfiyyətlərini komandada qoruyub saxlamaq bizə davamlılıq və möhkəm təməl üzərində inkişaf etmək üçün lazım olan sabitliyi təmin edir.
Birlikdə yolumuzun növbəti mərhələsinə köklənmişik. Məqsədimiz komandanı irəli aparmaq və pelotonda mövqeyimizi yaxşılaşdırmaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, 36 yaşlı Serxio Peres “Formula-1”in təcrübəli pilotlarından biridir. Onun müqaviləsinin uzadılması “Kadillak”ın uzunmüddətli inkişaf planında mühüm addım hesab olunur.