- Formula-1
- 23:49 29.10.2026
“Formula-1” rəhbərliyi Böyük Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə münaqişənin eskalasiya riskinin yüksək olması ilə bağlı rəsmi xəbərdarlığından fors-major halı kimi istifadə edərək, Qətər və Əbu-Dabidə keçiriləcək mövsümün son mərhələlərini maliyyə itkisi olmadan ləğv edə bilər.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, “Formula-1”in kommersiya hüquqlarının sahibi “Liberty Media” bu xəbərdarlığı yarışların ləğvi və mövsümün final mərhələsinin İmola trasına keçirilməsi üçün əsas kimi istifadə edə bilər.
Təxmini hesablamalara əsasən, bu halda “Liberty Media” iki Qran-prinin hər biri üzrə 100 milyon dollara qədər vəsaitə qənaət edə bilər.
Qeyd edək ki, Qətər və Əbu-Dabi Qran-priləri müvafiq olaraq noyabrın 29-na və dekabrın 6-na planlaşdırılıb. Bu yarışlar 2026-cı il “Formula-1” mövsümünə yekun vurmalıdır. Lakin Yaxın Şərqdəki münaqişə səbəbindən mərhələlərin keçirilməsi hələ də sual altındadır.