30 oktyabr 2026. Cümə

Verstappen Həmilton və Antonellinin potensialını müqayisə edib


  • Formula-1
  • 23:21 29.10.2026
  • Oxunma sayı: 59
Verstappen Həmilton və Antonellinin potensialını müqayisə edib

“Red Bull” komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Verstappen “Ferrari”nin britaniyalı sürücüsü Luis Həmiltonun maksimal sürət baxımından özünün ən yüksək həddinə çatdığını bildirib.

90deqiqe.Az -ın məlumatına görə,  Verstappen bu barədə "RacingNews365" portalına açıqlamasında danışıb.

“O, yəqin ki, artıq daha sürətli olmayacaq. Məni düzgün başa düşün: mən Lyuisin zəiflədiyini demirəm, sadəcə onun sürət baxımından daha da irəliləmədiyini düşünürəm. Kimi ilə vəziyyət fərqlidir. Onun hələ üzə çıxmamış böyük potensialı var”, – deyə niderlandlı pilot bildirib.

Qeyd edək ki, Andrea Kimi Antonelli şəxsi hesabda 365 xalla liderlik edir. O, Meksikada keçiriləcək növbəti yarışda vaxtından əvvəl dünya çempionu titulunu qazana bilər.

 







Formula-1