- Formula-1
- 22:30 30.10.2026
“Aprilia” komandasının pilotu Xorxe Martin MotoGP üzrə Malayziya Qran-prisində iştirak edə biləcək.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı sürücü həftəsonunun ilk sərbəst yürüşündən sonra tibbi müayinədən keçib. O, həmin sessiyada 20-ci nəticəni göstərib.
“Xorxe Martin Malayziya Qran-prisində iştirak etmək üçün yararlı hesab edilib”, – deyə komandanın rəsmi “X” hesabında yayılan açıqlamada bildirilib.
Qeyd edək ki, Martin Avstraliya Qran-prisinin sprint yarışında, səkkizinci dövrədə “Hayshed” sürətli döngəsində qəzaya uğrayıb. O, çempionluq uğrunda rəqibi Mark Markeslə bir neçə dövrə liderlik uğrunda mübarizə aparıb.
Qəza nəticəsində ispaniyalı pilot çınqıllı təhlükəsizlik zonasına düşərək bir neçə dəfə çevrilib. O, xərəkdə tibbi mərkəzə aparılıb və sağ əli gipsə salınmış vəziyyətdə oranı tərk edib.