- Formula-1
- 22:30 30.10.2026
“Dakar” rallisinin təşkilatçıları 2027-ci ildə keçiriləcək yarışın marşrutunu təqdim ediblər.
90deqiqe.Az xəbər verir ki, yanvarın 9-dan 23-dək davam edəcək yarış Portuqaliya, İspaniya və Mərakeş ərazilərini əhatə edəcək. Marşrutun ümumi uzunluğu 7 824 kilometr təşkil edəcək.
Yarışa Portuqaliyanın Lule və Faro şəhərlərində start veriləcək, finiş isə Mərakeşin Mərakeş şəhərində olacaq. Yanvarın 9-da proloq mərhələsi keçiriləcək, ilk əsas mərhələ isə yanvarın 10-na planlaşdırılıb. İstirahət günü yanvarın 17-də Aqadirdə olacaq.
“Yeni məkanda keçiriləcək 49-cu “Dakar” rallisi bu yarışın öz növündə ən çətin sınaq hesab olunmasını təmin edən idman standartlarını qoruyacaq. Hazırlıq müddətinin məhdud olmasına baxmayaraq, əsl “Dakar” yarışı təşkil edə bildik.
Mərakeşə gəlincə, ölkənin bütün ərazisi barədə biliklərimiz və komandalarımızın operativ imkanları burada əvvəllər keçirilmiş yarış formatlarının hüdudlarını aşmağa şərait yaradır. İştirakçılar krallığı bir başdan digər başa qədər tanıyacaqlar. Misilsiz miqyaslı marşrut sayəsində ölkənin bütün xüsusiyyətlərini kəşf edəcəyik”, – deyə marafonun mətbuat xidməti yarışın direktoru David Kasterin sözlərini sitat gətirib.