31 oktyabr 2026. Şənbə

“Formula-1"də qarşıda məni daha 12-15 il gözləyir”


  • Formula-1
  • 23:46 30.10.2026
  • Oxunma sayı: 47
“Formula-1"də qarşıda məni daha 12-15 il gözləyir”

“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell karyerası və motivasiyası barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı sürücü Luis Hemilton və Fernando Alonsonun nümunəsini göstərərək "Formula-1"də uzun illər yarışmaq niyyətində olduğunu bildirib.

“28 yaşım var və Lyuis Hemiltonun 41, Fernando Alonsonun isə 45 yaşında yüksək səviyyədə mübarizə apardığını görürəm. Lyuis titullarının böyük əksəriyyətini 30 yaşdan sonra qazanıb. Həyatımın böyük hissəsini yarışlara həsr etmişəm. Uğurlu illərim uğursuzluqlarla müqayisədə daha çox olub. Karyeram hələ bitməyib. Formula-1-də qarşıda məni daha 12-15 il gözləyir”, – deyə Rassell "Race+" nəşrinin X sosial şəbəkəsindəki paylaşımına istinadən bildirib.

Qeyd edək ki, 2026-cı il mövsümündə Rassell şəxsi pilotlar sıralamasında 242 xalla ikinci pillədə qərarlaşıb. O, “Mercedes”dəki komanda yoldaşı Andrea Kimi Antonellidən 123 xal geri qalır.







Formula-1