- Formula-1
- 23:59 30.10.2026
“Formula-1” üzrə ikiqat dünya çempionu, “Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso bəzi sürücülərin çıxış səviyyəsini tənqid edib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı pilot yarışların ilk dövrələrində tez-tez baş verən səhvlərə və qəzalara diqqət çəkib.
“Sadəcə, sürücülük səviyyəsi çox aşağıdır və istedad çatışmır. Mövsüm ərzində daim səhvlərə yol verirsənsə və yarışların 50 faizində ilk dövrədə qəzaya düşürsənsə, komanda rəhbəri olsaydım, bundan qətiyyən razı qalmazdım (gülür). Amma onlar bundan razıdırlarsa, mənim üçün də problem yoxdur”, – deyə Alonso Meksika Qran-prisindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.