- Formula-1
- 23:59 31.10.2026
“Maklaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə Meksika Qran-prisinin üçüncü sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib.
90deqiqe.Az-ın məlumatına görə, o, dövrəni 1 dəqiqə 17,600 saniyəyə tamamlayıb. Norris “Mercedes” pilotu Andrea Kimi Antonellini cəmi 0,001 saniyə qabaqlayıb. “Ferrari”dən Şarl Lekler 0,117 saniyə geridə qalaraq üçüncü olub. İlk dördlüyü Oskar Piastri tamamlayıb. Maks Ferstappen isə beşinci yeri tutub.
“Haas” komandasında Esteban Okonu əvəz edən Ryo Hirakava 1 dəqiqə 19,504 saniyəlik nəticə ilə 19-cu olub.
Formula 1. Meksika Qran-prisinin üçüncü sərbəst yürüşünün nəticələri:
Lando Norris (“Maklaren”) – 1:17.600
Andrea Kimi Antonelli (“Mercedes”) – +0.001
Şarl Lekler (“Ferrari”) – +0.117
Oskar Piastri (“Maklaren”) – +0.195
Maks Ferstappen (“Red Bull”) – +0.351
Lüis Hemilton (“Ferrari”) – +0.469
Corc Rassell (“Mercedes”) – +0.507
İsak Hacar (“Red Bull”) – +0.509
Liam Louson (“Racing Bulls”) – +0.513
Arvid Lindblad (“Racing Bulls”) – +0.537
Niko Hülkenberq (“Audi”) – +0.960
Franko Kolapinto (“Alpine”) – +1.052
Pyer Qasli (“Alpine”) – +1.074
Fernando Alonso (“Aston Martin”) – +1.250
Oliver Berman (“Haas”) – +1.327
Karlos Sayns (“Williams”) – +1.614
Aleks Albon (“Williams”) – +1.701
Lens Stroll (“Aston Martin”) – +1.776
Ryo Hirakava (“Haas”) – +1.904
Valtteri Bottas (“Cadillac”) – +2.742
Qabriel Bortoleto (“Audi”) – vaxt göstərməyib
Serxio Peres (“Cadillac”) – vaxt göstərməyib