1 noyabr 2026. Bazar günü

Ryo Hirakava Meksika Qran-prisinin sonunadək Esteban Okonu əvəz edəcək


  • Formula-1
  • 23:59 31.10.2026
  • Oxunma sayı: 50
Ryo Hirakava Meksika Qran-prisinin sonunadək Esteban Okonu əvəz edəcək

“Haas” komandası ehtiyat pilotu Ryo Hirakavanın Meksika Qran-prisinin yarış həftəsonunun sonunadək fransalı Esteban Okonu əvəz edəcəyini açıqlayıb.  

90deqiqe.Az xəbər verir ki, bu, yaponiyalı pilotun Formula 1-də ilk yarışı olacaq.Hirakava oktyabrın 30-da, cümə günü Rodriqes qardaşları adına avtodromda keçirilən ilk sərbəst yürüşdə iştirak edib. Bu, onun cari mövsümdə VF-26 bolidinin sükanı arxasında sərbəst yürüşlərdə üçüncü çıxışı olub. Yaponiyalı pilot sessiyanı 15-ci yerdə başa vurub.

Şənbə günü Hirakava komanda yoldaşı Oliver Bermanla birlikdə üçüncü sərbəst yürüşdə və sıralanma turunda iştirak edəcək. Bazar günü isə 71 dövrədən ibarət Meksika Qran-prisində start xəttinə çıxacaq.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) komandanın Okonun əvəzlənməsi ilə bağlı müraciətini təsdiqləyib. Hirakava fransalı pilot üçün ayrılmış mühərrik və şinlərdən istifadə etməli, həmçinin zəruri texniki yoxlamalardan keçməlidir.

Komanda əlavə açıqlama verməyi hazırda planlaşdırmadığını bildirib.







Formula-1