1 noyabr 2026. Bazar günü

Hemilton Meksika Qran-prisinin sıralanma turunda poul qazanıb


  • Formula-1
  • 02:26 01.11.2026
  • Oxunma sayı: 59
Hemilton Meksika Qran-prisinin sıralanma turunda poul qazanıb

“Ferrari” pilotu Luis Hemilton Formula 1 üzrə Meksika Qran-prisinin sıralanma turunda ən yaxşı nəticəni göstərərək poul mövqeyinə sahib olub.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot 1:16.514 nəticə ilə finişə çatıb. “Mercedes” pilotu Corc Rassell ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub.

Maks Verstappen sıralanma turunu dördüncü pillədə başa vursa da, onun son dövrəsi “Maklaren” pilotu Lando Norris tərəfindən yaradılan maneə səbəbindən uğursuz alınıb. Andrea Kimi Antonelliyə verilən bir mövqel penaltiyə görə start düzülüşündə o, dördüncü, Ferstappen isə beşinci yerdən başlayacaq.

“Maklaren” pilotu Oskar Piastri üçün sıralanma turu uğursuz alınıb. O, ikinci seqmentdə mübarizəni dayandıraraq yalnız 13-cü nəticəni göstərib.

Formula 1. Meksika Qran-prisi – sıralanma turunun nəticələri:

  1. Luis Hemilton (“Ferrari”) – 1:16.514

  2. Corc Rassell (“Mercedes”) – +0.009

  3. Şarl Lekler (“Ferrari”) – +0.119

  4. Maks Verstappen (“Red Bull”) – +0.178

  5. Andrea Kimi Antonelli (“Mercedes”) – +0.193

  6. Lando Norris (“Maklaren”) – +0.310

  7. İsak Hacjar (“Red Bull”) – +0.386

  8. Liam Louson (“Racing Bulls”) – +0.515

  9. Arvid Lindblad (“Racing Bulls”) – +0.603

  10. Pyer Qasli (“Alpine”) – +0.639

İkinci seqmentdən sonra mübarizəni dayandıranlar:

  1. Niko Hülkenberq (“Audi”) – 1:17.306

  2. Franko Kolapinto (“Alpine”) – 1:17.640

  3. Oskar Piastri (“Maklaren”) – 1:17.646

  4. Qabriel Bortoleto (“Audi”) – 1:17.680

  5. Oliver Berman (“Haas”) – 1:18.083

  6. Karlos Sayns (“Williams”) – 1:18.885

Birinci seqmentdən sonra mübarizəni dayandıranlar:

  1. Karlos Sayns (“Williams”) – 1:18.521

  2. Aleks Albon (“Williams”) – 1:18.630

  3. Fernando Alonso (“Aston Martin”) – 1:18.908

  4. Ryo Hirakava (“Haas”) – 1:18.958

  5. Lens Stroll (“Aston Martin”) – 1:19.072

  6. Serxio Peres (“Cadillac”) – 1:19.105

  7. Valtteri Bottas (“Cadillac”) – 1:19.852

 







Formula-1