- Formula-1
- 20:56 02.11.2026
Niderlandlı pilot Maks Verstappen Formula 1 üzrə dünya çempionatının Meksika Qran-Prisində birinci yeri tutub.
90deqiqe.Az-ın məlumatına görə, “Red Bull” komandasının sürücüsü Mexiko şəhərində yerləşən “Rodriges qardaşları” avtodromunda keçirilən mövsümün 19-cu mərhələsində finiş xəttini birinci keçib.
“Ferrari”nin britaniyalı pilotu Luis Hamilton ikinci, “Mercedes” komandasının italiyalı sürücüsü Kimi Antonelli isə üçüncü yeri tutub.
Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi noyabrın 6-8-də Braziliyada keçiriləcək.