2 noyabr 2026. Bazar ertəsi

Maks Verstappen Meksika Qran-prisindəki hakim qərarını tənqid etdi


  • Formula-1
  • 22:16 02.11.2026
  • Oxunma sayı: 47
Maks Verstappen Meksika Qran-prisindəki hakim qərarını tənqid etdi

“Red Bull” komandasının niderlandlı pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Verstappen Meksika Qran-prisində Şarl Leklerə verilən beş saniyəlik cəriməni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Verstappen bu qərarı qəribə hesab etdiyini bildirib.

“Ümumiyyətlə, belə bir vəziyyətə görə cərimə verilməli olduğunu düşünmürəm. Sadəcə, mövqeyini əlindən aldığın pilota həmin yeri qaytarmalısan. Adətən bu, 10 saniyə olur, indi isə birdən-birə beş saniyə verilir. Buna görə də bu qərar mənə çox qəribə görünür”, – deyə pilot bildirib.

Daha sonra Verstappeni məlumatlandırıblar ki, stüardlar qərar verərkən yüngülləşdirici halları nəzərə alıblar: Hemilton da trasın hüdudlarından kənara çıxıb.

“Axırda bunun heç bir fərqi yoxdur”, – deyə Verstappen Viaplay telekanalının efirində gülərək cavab verib.

Qeyd edək ki, Lekler yarışın startında Luis Hemiltonu trasın hüdudlarından kənarda ötdüyünə görə cəzalandırılıb.

 







Formula-1