4 noyabr 2026. Çərşənbə

Piero Ferrari Kimi Antonellini “Ferrari”də görmək istəyir


  • Formula-1
  • 23:51 03.11.2026
  • Oxunma sayı: 23
Piero Ferrari Kimi Antonellini “Ferrari”də görmək istəyir

“Ferrari” komandasının vitse-prezidenti və səhmdarı, İtaliya markasının qurucusu Enzo Ferrarinin oğlu Piero Ferrari Formula-1-in yeni dünya çempionu Andrea Kimi Antonellinin gələcəkdə “Skuderiya”ya qoşulacağına ümid etdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, Piero Ferrari "Blick" nəşrinə müsahibəsində gənc pilotla bağlı fikirlərini bölüşüb:

“Ən böyük arzum Kimini qırmızı kombinezonda görməkdir. O, hər Qran-pridə mənə bizim Niki Laudamızı xatırladır!”

Antonelli Meksika Qran-prisində çempionluğunu rəsmiləşdirərək Formula-1 tarixinin ən gənc dünya çempionu olub. Bununla yanaşı, o, 1953-cü ildən bəri çempionluq qazanan ilk italiyalı pilot kimi tarixə düşüb.

Qeyd edək ki, bu nailiyyətə imza atan sonuncu italiyalı “Ferrari” komandasının pilotu olmuş Alberto Askari idi.







Formula-1