4 noyabr 2026. Çərşənbə

“Maklaren” Braziliya Qran-prisi öncəsi bolidində yeniliklər edəcək


  • Formula-1
  • 23:58 03.11.2026
  • Oxunma sayı: 19
“Maklaren” Braziliya Qran-prisi öncəsi bolidində yeniliklər edəcək

“Maklaren” komandası Formula-1 üzrə 2026-cı il mövsümünün 20-ci mərhələsi olan Braziliya Qran-prisi üçün texniki yeniliklər hazırlayıb.

90deqiqe.Az xəbər verir ki, komanda bu dəyişikliklər sayəsində bolidin rəqabət qabiliyyətini artırmağı və Konstruktorlar Kubokunda üçüncü yer uğrunda mübarizədə “Red Bull”la fərqi azaltmağı hədəfləyir.

Yeniliklər MCL40 bolidinin ön və arxa qanadlarına, eləcə də döşəməsinin bəzi kiçik elementlərinə şamil olunacaq.

“Maklaren”in aerodinamika üzrə texniki direktoru Piter Prodromunun sözlərinə görə, komanda bu dəyişikliklər nəticəsində əlavə aerodinamik səmərəlilik əldə etməyi və bolidin balansını yaxşılaşdırmağı gözləyir.

Mütəxəssis vurğulayıb ki, yeniliklər təkcə növbəti mövsümə hazırlıq məqsədi daşımır. Komanda 2026-cı il çempionatında üçüncü yer uğrunda mübarizəni də davam etdirmək niyyətindədir.

Bununla yanaşı, əldə ediləcək məlumatlar “Maklaren”ə 2027-ci il bolidinin hazırlanmasında kömək edəcək. Xüsusilə, yeni ön qanadın konsepsiyasının növbəti bolidin ilkin versiyasında tətbiqi planlaşdırılır.







Formula-1