- Formula-1
- 02:24 04.11.2026
“Haas” komandası fransalı pilot Esteban Okonun 2026-cı il Formula-1 mövsümündə kollektivin heyətində çıxış etməyəcəyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, Braziliya Qran-prisində onun yerini yerli pilot Rafael Kamara tutacaq. Kamara Oliver Bearmanın komanda yoldaşı olacaq.
Bu mərhələ braziliyalı pilot üçün Formula-1-in əsas sürücüsü kimi vaxtından əvvəl debüt etmək imkanı yaradacaq. Daha əvvəl Kamarənin 2027-ci il mövsümündə “Haas”ın əsas pilotu olacağı açıqlanmışdı. Beləliklə, o, növbəti çempionat başlamazdan əvvəl doğma azarkeşləri qarşısında yarışmaq şansı qazanacaq.
Qeyd edək ki, Braziliya Qran-prisi noyabrın 6-dan 8-dək San-Paulu şəhərindəki Jozе Karlus Pas adına avtodromda keçiriləcək. Yarış 2026-cı il Formula-1 dünya çempionatının 20-ci mərhələsi olacaq.