- Formula-1
- 23:09 06.11.2026
“Ferrari” komandasının rəhbərliyi Braziliyada kollektivin rəhbəri Frederik Vasseurun, eləcə də pilotlar Luis Həmilton və Şarl Leklerin iştirakı ilə görüş keçirib.
90deqiqe.Az-ın “AutoRacer”ə istinadən məlumatına görə, müzakirələr uzun və məhsuldar olub. Bununla belə, görüşün real dəyişikliklərə səbəb olub-olmayacağı hələlik məlum deyil.
Bundan başqa, komanda Meksika Qran-prisində yaranan problemlərə görə Həmiltonun bolidində mühərrikin dəyişdirilməsi ehtimalını nəzərdən keçirir. Lakin bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, Şarl Lekler qızının dünyaya gəlməsi ilə əlaqədar Braziliya Qran-prisinin media günündə iştirak etməyib. Onun olmadığı müddətdə Lyuis Həmilton komanda yoldaşını yenidən tənqid edib.