- Formula-1
- 19:37 07.11.2026
Formula-1 rəhbərliyi Braziliya Qran-prisinin San-Pauluda keçirilməsi ilə bağlı müqaviləni daha beş il müddətinə uzadıb.
90deqiqe.Az-ın məlumatına görə, beləliklə, “İnterlaqos” avtodromu ən azı 2035-ci ilin sonunadək çempionatın təqvimində yer alacaq.
Joze Karlos Pase adına trek 50 ildən artıqdır ki, Formula-1 yarışlarına ev sahibliyi edir. Trasın uzunluğu 4,309 kilometrdir və 15 döngədən ibarətdir. Braziliya Qran-prisinin keçirildiyi müddətdə burada fərdi hesabda altı çempionluğun taleyi həll olunub.
Yeni müqavilə çərçivəsində San-Paulu hakimiyyəti “İnterlaqos”un infrastrukturuna investisiyaları davam etdirəcək.
2025-ci ildə Braziliya Qran-prisini 303 627 tamaşaçı izləyib. Formula-1-in məlumatına görə, yarışın keçirilməsi şəhər iqtisadiyyatına 2,3 milyard Braziliya realı gəlir gətirib.
San-Pauluda növbəti Qran-pri 2027-ci il noyabrın 5-dən 7-dək keçiriləcək.