8 noyabr 2026. Bazar günü

Həmilton Braziliya Qran-prisinin startında sonuncu yerlərdən başlayacaq


  • Formula-1
  • 23:37 07.11.2026
  • Oxunma sayı: 61
Həmilton Braziliya Qran-prisinin startında sonuncu yerlərdən başlayacaq

“Ferrari” pilotu Luis Həmilton güc qurğusunun növbəti dəfə dəyişdirilməsindən sonra Braziliya Qran-prisinə sıralanma turunda qazandığı mövqedən başlamaq imkanını itirib.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot üçüncü sərbəst yürüşdən əvvəl daxiliyanma mühərrikini dəyişib. Buna görə ona bazar günü keçiriləcək yarışın startında 10 yerlik cərimə tətbiq olunub. Eyni detal komanda yoldaşı Şarl Leklerin bolidinə də quraşdırılıb.

Lakin üçüncü sərbəst yürüşün başa çatmasına 35 dəqiqə qalmış Həmilton bolidin kokpitində tüstülənmə olduğunu radio vasitəsilə bildirib. Pilot boksa qayıdıb və bundan sonra avtomobilin müxtəlif hissələrindən tüstü çıxmağa başlayıb. O, sessiyanı davam etdirə bilməyib.

Əlavə yoxlamalardan sonra “Ferrari” güc qurğusunu bütövlükdə dəyişdirmək qərarına gəlib. Nəticədə Həmilton Braziliya Qran-prisinə “Red Bull” pilotu Maks Ferstappenlə birlikdə start düzümünün sonundan başlayacaq.

Bununla belə, britaniyalı pilot sıralanma turunda iştirak edə biləcək.







Formula-1