8 noyabr 2026. Bazar günü

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunda poul qazandı


  • Formula-1
  • 01:59 08.11.2026
  • Oxunma sayı: 62
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunda poul qazandı

“Maklaren” komandasının pilotu Lando Norris “Formula-1” üzrə Braziliya Qran-prisinin San-Pauluda keçirilən sıralanma turunun qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, o, çətin hava şəraitində 1:27.470 nəticə göstərərək poul qazanıb.

“Mercedes” pilotu Corc Rassell ikinci yeri tutsa da, güc qurğusunun komponentlərinin dəyişdirilməsinə görə aldığı cəza səbəbindən start düzülüşündə daha geridən başlayacaq. Beləliklə, ikinci yerdən onun komanda yoldaşı Andrea Kimi Antonelli start götürəcək.

“Racing Bulls” pilotu Liam Louson sıralanma turunu beşinci pillədə başa vursa da, Rassellin cəzası sayəsində yarışa üçüncü yerdən başlayacaq.

Maks Verstappen ikinci seqmentdə vaxt göstərə bilməyib və aldığı cəzaya görə start düzülüşünün sonundan yarışa başlayacaq. “Ferrari” pilotu Lyuis Həmilton isə sıralanma turunda 11-ci olsa da, sabahkı yarışa o da sonuncu yerlərdən start verəcək.

Qeyd edək ki, yağış və Rafael Kamarının qəzası səbəbindən sıralanma turu iki dəfə qırmızı bayraqlarla dayandırılıb.

Braziliya Qran-prisinin sıralanma turunun nəticələri:

  1. Lando Norris (“Maklaren”) – 1:27.470

  2. Corc Rassell (“Mercedes”) – +0.204

  3. Andrea Kimi Antonelli (“Mercedes”) – +0.625

  4. Şarl Lekler (“Ferrari”) – +0.819

  5. Liam Louson (“Racing Bulls”) – +0.851

  6. Niko Hülkenberq (“Audi”) – +1.198

  7. İsak Hacar (“Red Bull”) – +1.293

  8. Oliver Berman (“Haas”) – +2.361

  9. Fernando Alonso (“Aston Martin”) – +2.841

  10. Aleks Albon (“Williams”) – +2.986

İkinci seqmentdə mübarizəni dayandıranlar:

  1. Luis Həmilton (“Ferrari”) – 1:30.001

  2. Oskar Piastri (“Maklaren”) – 1:30.369

  3. Rafael Kamara (“Haas”) – 1:31.515

  4. Arvid Lindblad (“Racing Bulls”) – 1:31.687

  5. Karlos Sayns (“Williams”) – 1:31.785

  6. Maks Verstappen (“Red Bull”) – vaxt göstərməyib

Birinci seqmentdə mübarizəni dayandıranlar:

  1. Franko Kolapinto (“Alpine”) – 1:33.327

  2. Pyer Qasli (“Alpine”) – 1:33.449

  3. Lens Stroll (“Aston Martin”) – 1:33.653

  4. Valtteri Bottas (“Cadillac”) – 1:33.774

  5. Serxio Peres (“Cadillac”) – 1:34.509

  6. Qabriel Bortoleto (“Audi”) – 1:41.564







Formula-1