- Formula-1
- 21:56 08.11.2026
“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli Braziliya Qran-prisində növbəti dəfə trasdan çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı sürücü bundan əvvəl start düzülüşünə gedərkən də trasın kənarındakı ot örtüyünə çıxmışdı.
Yarışın 19-cu dövrəsində səhər yağan yağışdan sonra “İnterlaqos” trası qurumağa başlayıb. Pilotlar aralıq təkərləri yumşaq təkərlərlə əvəzləmək qərarına gəliblər.
Pit-stopdan çıxan Antonellini “Maklaren”in pilotu Lando Norris təqib etməyə başlayıb. 20-ci dövrədə italiyalı sürücü ilk döngədə təkərləri bloklayaraq trasdan çıxıb və liderliyi əldən verib. Daha sonra onu “Red Bull”un hər iki pilotu – İsak Hacar və Maks Ferstappen də qabaqlayıb.
Yumşaq təkərlərə keçdikdən sonra Antonelli bolidin idarəetməsindən dəfələrlə narazılıq edib. O, qaz pedalına basarkən avtomobilin bir tərəfə çəkdiyini bildirib.