8 noyabr 2026. Bazar günü

Lando Norris Braziliya Qran-prisinin qalibi oldu


  • Formula-1
  • 23:07 08.11.2026
  • Oxunma sayı: 12
Lando Norris Braziliya Qran-prisinin qalibi oldu

Bu gün Formula 1 üzrə dünya çempionatının 21-ci mərhələsi – Braziliya Qran-prisi başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “İnterlaqos” avtodromunda keçirilən yarışın qalibi “Maklaren” komandasının pilotu, poul mövqeyindən start götürən Lando Norris olub.

“Red Bull” pilotları Maks Ferstappen və İsak Hacar müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq podiumda yer alıblar.

Qeyd edək ki, yarışdan sonra Andrea Kimi Antonellinin pit-leynindən təhlükəli çıxışı, eləcə də Şarl Lekler və Liam Lousonun 71-ci dövrədən əvvəlki təması ilə bağlı araşdırma aparılacaq.

Braziliya Qran-prisi, yekun nəticələr:

  1. Lando Norris (“Maklaren”) – 71 dövrə

  2. Maks Ferstappen (“Red Bull”) +14,602 saniyə

  3. İsak Hacar (“Red Bull”) +24,485 saniyə

  4. Corc Rassel (“Mercedes”) +22,991 saniyə

  5. Andrea Kimi Antonelli (“Mercedes”) +36,071 saniyə

  6. Oskar Piastri (“Maklaren”) +56,475 saniyə

  7. Şarl Lekler (“Ferrari”) +1:13,586

  8. Liam Louson (“Racing Bulls”) +1:15,402

  9. Lüis Hemilton (“Ferrari”) +1 dövrə

  10. Niko Hülkenberq (“Audi”) +1 dövrə

  11. Arvid Lindblad (“Racing Bulls”) +1 dövrə

  12. Fernando Alonso (“Aston Martin”) +1 dövrə

  13. Franko Kolapinto (“Alpine”) +1 dövrə

  14. Pyer Qasli (“Alpine”) +1 dövrə

  15. Aleks Albon (“Williams”) +1 dövrə

  16. Qabriel Bortoleto (“Audi”) +1 dövrə

  17. Oliver Berman (“Haas”) +1 dövrə

  18. Serxio Peres (“Cadillac”) +2 dövrə

  19. Karlos Sayns (“Williams”) +2 dövrə

  20. Rafael Kamara (“Haas”) +2 dövrə

Yarışı Lens Stroll (“Aston Martin”) və Serxio Peres (“Cadillac”) finişə çatdıra bilməyiblər.







Formula-1