- Formula-1
- 16:21 10.11.2026
Avstraliyalı pilot Oskar Piastri sabiq “Formula-1” sürücüsü Mark Uebber və onun həyat yoldaşı Enn ilə əməkdaşlığı dayandırmaq qərarına özü gəlib.
90deqiqe.Az-ın "Motorsport" nəşrinə istinadən məlumatına görə, “Maklaren” komandası heç vaxt Piastridən menecmentini dəyişməyi rəsmi şəkildə tələb etməyib. Pilot ətrafındakı şəxslərin fikirlərini dinlədikdən sonra karyerasının növbəti mərhələsində hansı dəstəyə ehtiyac duyduğuna özü qərar verib.
Bununla yanaşı, Uebberin avstraliyalının işlərində fəal iştirakını azaltmaq qərarı hələ 2026-cı ilin əvvəlində qəbul olunub. O, əsasən pərdəarxasında fəaliyyət göstərməli, yarış həftəsonlarında isə paddokda daha az görünməli idi.
Nəşrin qeyd etdiyi kimi, bu addım tərəflər arasında əməkdaşlığın başa çatmasına doğru ilk mərhələ olub.
Qeyd edək ki, onlar indiyədək pilotun menecerləri kimi fəaliyyət göstəriblər.