- Formula-1
- 16:31 10.11.2026
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd ben Süleym təşkilatda rəhbər vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsini təklif etməyə hazırlaşır.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, müvafiq təklif gələn ay Şanxayda keçiriləcək Baş Assambleyanın təsdiqinə təqdim olunacaq.
FİA-nın hazırkı nizamnaməsinə əsasən, prezident komandasında yer almaq istəyən namizədlərin yaşı 75-i keçməməlidir. 70 yaş həddi 2023-cü ildə, ben Süleymin ilk prezidentlik müddətində tətbiq edilib. 2024-cü ildə isə yaş məhdudiyyəti 75-ə qaldırılıb.
FİA təşəbbüsü təşkilatlara namizədləri yaşından asılı olmayaraq seçmək imkanı vermək istəyi ilə izah edib. Federasiyanın nümayəndəsi bildirib ki, yaş məhdudiyyəti namizədlərin təcrübəsi, ixtisası və bacarıqları nəzərə alınmadan onların doğum tarixinə görə seçimdən kənarlaşdırılmasına səbəb olur.
Dəyişiklik yalnız Baş Assambleyanın təsdiqindən sonra qüvvəyə minəcək.