10 noyabr 2026. Çərşənbə axşamı

“Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”


  • Formula-1
  • 16:57 10.11.2026
  • Oxunma sayı: 62
“Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

“Maklaren”in pilotu Lando Norris komandanın 2027-ci il mövsümündə çempionluq uğrunda mübarizəyə qayıtmaq üçün bolid üzərində işləməyə davam etməli olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Sky Sports" nəşri Norrisin sözlərini belə çatdırıb.

“Braziliyadakı mərhələ üçün gətirdiyimiz yeniliklər əla idi. Onlar gözlədiyimiz kimi işlədilər. Əgər bu yenilikləri tətbiq etməsəydik, rəqiblərdən daha çox geri qalardıq. Lakin bu da kifayət deyil. İndi hər zaman hamıdan sürətli olacağımızı söyləmək olmaz. Bazar günü nəticə təkcə bundan asılı deyildi. Düzgün strategiya, uğurlu pit-stoplar, pilotaj və səhvlərə yol verilməməsi də vacibdir. Qələbə uğrunda mübarizə aparmağa imkan verən bolidim var idi və bu, çox önəmlidir. Komanda əla iş gördü.

Yenilikləri tətbiq edə, irəliyə doğru addım ata, poul qazana və yarışda qalib gələ bildiyimiz üçün sevinirik. Lakin istədiyimiz qədər məmnun deyilik, çünki hələ də kifayət qədər güclü olmadığımızı anlayırıq. Hələ lazımi səviyyədə deyilik və bolid paketimizin imkanlarına tam əmin deyilik. Tədricən buna yaxınlaşırıq, amma daha sürətlə irəliləmək istərdik.

Bizi hələ çox iş gözləyir və hazırda çempionluq uğrunda mübarizəyə hazır deyilik. Komandanın gördüyü işlə fəxr edirəm, amma hamımız başa düşürük ki, çalışmağa davam etməliyik”







Formula-1