- Formula-1
- 01:44 13.11.2026
Beynəlxalq Avtomobil Federasiyası (FİA) özünü narahat hiss edən və təhlükəsizliyindən ehtiyatlanan əməkdaşlarına Qətər və Əbu-Dabi Qran-prilərinin təşkilində iştirak etməmək icazəsi verib.
90deqiqe.Az-ın “GPblog”a istinadən məlumatına görə, buna baxmayaraq, “Formula-1” rəhbərliyi hələlik bu mərhələləri təqvimə uyğun keçirməyi planlaşdırır.
Çempionatın final mərhələsinin üç yarışdan ibarət ardıcıl seriya formatında keçirilməsi nəzərdə tutulur. Las-Veqas Qran-prisindən sonra komandalar Qətərə, daha sonra isə Əbu-Dabiyə yollanmalıdırlar.
Lakin mart ayında ABŞ və İran arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi yarışların ilkin təqvimə uyğun keçirilməsini sual altına alıb.
Alternativ variant kimi İmola da nəzərdən keçirilir. “Formula-1” rəhbərliyi Qətər və Əbu-Dabiyə səfəri təhlükəli hesab edərsə, İtaliya trası dekabrın əvvəlində mərhələlərdən birinə ev sahibliyi edə bilər.