13 noyabr 2026. Cümə

“Racing Bulls” 2027-ci il mövsümü üçün pilot heyətini açıqlayıb


  • Formula-1
  • 23:12 12.11.2026
  • Oxunma sayı: 52
“Racing Bulls” 2027-ci il mövsümü üçün pilot heyətini açıqlayıb

“Formula-1” üzrə “Racing Bulls” komandası 2027-ci il mövsümündə də Liam Louson və Arvid Lindbladla əməkdaşlıq edəcək.

90deqiqe.Az xəbər verir ki, komanda yeni zelandiyalı Liam Louson və britaniyalı Arvid Lindbladla müqavilələrin uzadıldığını rəsmən açıqlayıb.

Komandanın rəhbəri Alan Permeyn hər iki pilotun mövsüm ərzində nümayiş etdirdiyi performansı yüksək qiymətləndirib.

“Liam və Arvidlə əməkdaşlığımızı 2027-ci ildə də davam etdirəcəyimizə görə çox şadıq. Hər iki pilot mövsüm ərzində bacarıqlarını və potensialını nümayiş etdirib. Onların həm fərdi, həm də komanda şəklində əldə etdikləri inkişafı görmüşük.

Əminəm ki, təcrübə və ambisiyanı özündə birləşdirən bu heyət bizim üçün ən yaxşı seçimdir. Birlikdə bu il əldə etdiyimiz irəliləyişi davam etdirmək, inkişaf etmək və 2027-ci ildə hədəflərimizə çatmaq istiqamətində növbəti addımı atmaq üçün möhkəm təmələ sahibik”, – deyə Permeyn bildirib.

 

 







Formula-1