- Formula-1
- 01:44 13.11.2026
“Mercedes” komandasının italiyalı pilotu, Formula-1 çempionu Andrea Kimi Antonelli 2027-ci il mövsümündə titul uğrunda mübarizədə ən ciddi rəqib hesab etdiyi sürücünün adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "FormulaPassion" nəşri məlumat yayıb.
Antonelli bildirib ki, qarşıdakı mövsümdə aparıcı komandaların bütün pilotları arasında gərgin mübarizə gözləyir. O, Luis Hemilton, Şarl Lekler və Corc Rasselin də çempionluq uğrunda mübarizəyə qoşulmasını arzuladığını deyib.
“Bütün aparıcı komandaların pilotları, o cümlədən Lyuis, Şarl və Corc arasında mübarizə görmək çox yaxşı olardı. Düşünürəm ki, bu, olduqca gərgin mübarizə olacaq. Bununla belə, mənə ən çox çətinlik yaradacaq pilotu seçməli olsaydım, Maks Verstappenin adını çəkərdim”, – deyə Antonelli bildirib.
Qeyd edək ki, Antonelli Formula-1 tarixində poul mövqeyi qazanan ən gənc pilotdur. O, həmçinin “kral yarışları” tarixində fərdi pilotlar sıralamasına liderlik edən və yarışda ən sürətli dövrəyə imza atan ən gənc sürücü kimi rekordlara sahibdir.